
ABŞ-da təyyarənin şassisində iki cəsəd tapılıb.
Gununsesi.info xəbər verir ki, Florida ştatının Fort Lauderdeyl hava limanında təyyarənin eniş şassisində iki nəfərin cəsədi tapılıb.
Hazırda onların şəxsiyyəti və hansı şəraitdə öldükləri araşdırılır.
Aviaşirkət fövqəladə vəziyyətin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün hakimiyyət orqanları və istintaqla əməkdaşlığa hazır olduğunu bəyan edib.