Türkiyə və Suriya PKK-ya qarşı birgə hərbi əməliyyat keçirəcək

Qərb “yeni tələblər” irəli sürərsə, Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti yazıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriyadakı PKK silahlılarına ultimatum verib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. Əgər PKK-YPG silahı yerə qoymasa, Suriyada başqa administrasiyada israr etməyə davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, – “Hürriyet” yazıb

Nəşr Qərbin hansı tələblərinin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib.

Qəzetə görə, Ankaranın Suriyadakı səyləri “PKK-YPG-nin varlığını davam etdirməsini təmin etmək” deyil.

“Ankara indi A planını həyata keçirir, lakin B planı da masadadır”, – nəşr qeyd edir.

 

 

Gununsesi.info