Xaçmazda minik avtomobilləri toqquşdu: yaralananlar var - FOTO

  • By Günel
  • 08 Yanvar 2025 08:36

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunda qeydə alınan qəza zamanı “Vaz 2109” və “Audi” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.