Samir Aşurovun cəzası azaldıldı

Bu gün Samir Aşurovun Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, məlumata görə, prosesdə iş üzrə xuliqanlıq maddəsi qaldırılaraq, cəzasının üstündən 6 ay götürülüb.

Beləliklə, onun cəzası 6 ilə endirilib.

Qeyd edək ki, Samir Aşurov 2021-ci il aprelin 19-dan həbsdədir.

Almaniyadan deportasiya olunaraq Bakıya göndəriləndən az sonra ona 6 il 6 ay həbs cəzası kəsilmişdi.

İddia olunurdu ki, siyasi fəal 2022-ci il aprelin 19-da axşam saat 21.00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib və aralarında yaranan mübahisə zamanı Samir Aşurov E.Nəbiyevə bıçaqla xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bildiririk ki, bir sıra beynəlxalq təşkilatlar Samir Aşurovu siyasi məhbus kimi tanıyır.

 

Gununsesi.info