
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək 1 309 522 nəfər səs verib. Yəni seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Gununsesi.info