Bahar Muradova: Seçkilərə maraq müşahidə edilir

  • By ilhame
  • 01 Sentyabr 2024 12:47

Müşahidələrə görə, hazırda Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərinə maraq var.

 

Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Komitə Mərkəzi Seçki Komissiyası ilə birgə seçki prosesində bərabərliyin və iştirakçılığın təmin olunması üçün fəaliyyət göstərib:

 

“İctimai gənc fəal qadınlarla görüşlər keçirilib, onlarla vətəndaş məsuliyyətini dərk edərək seçkidə fəaliyyət göstərmələri ilə bağlı maarifləndirmə işləri aparılıb. Bülletendə adı qeyd edilən namizədlərin 30%-i qadınlardır. Onlar bu faizi qoruyub saxlaya biləcəklərmi, onu yaxın saatlarda görəcəyik”.

Gununsesi.info