Xaqani bağında iri gövdəli ağac aşdı - FOTOLAR

  • By Günel
  • 06 İyul 2025 15:31

Paytaxtda hökm sürən güclü külək nəticəsində Xaqani bağının mərkəzində iri gövdəli ağac aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə dərhal Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Aşmış ağac operativ şəkildə kəsilərək yaranmış fəsadlar aradan qaldırıb və ərazi tam təmizlənib.(Teleqraf)