Rusiya üzərində Ukraynaya məxsus 36 PUA vurulub

  • By Günel
  • 12 Aprel 2025 09:08

Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub və yaxalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“11 aprel saat 20:00 Moskva vaxtı ilə (Bakı vaxtı ilə 21:00) 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı yaxalanıb və məhv edilib”, – nazirlikdən bildirilib.

Əlavə olunub ki, 18 PUA Kursk vilayəti, 13 PUA Rostov vilayəti, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.

Gununsesi.info