ABŞ Ukraynadan bunu tələb edib

  • By Günel
  • 12 Aprel 2025 08:23

“Birləşmiş Ştatlar Kiyevdən tələb edib ki, Ukrayna ərazisindən keçməklə Avropaya gedən “Qazprom” kəməri üzərində nəzarəti Vaşinqtona təhvil versin”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

İddia olunur ki, bu tələb aprelin 11-də ABŞ və Ukrayna arasında aparılan danışıqlar zamanı irəli sürülüb. Bu müddəa Kiyev nümayəndələrinin Amerika siyasətində aşkar etdiyi gözlənilməz detal olub. Mənbə bunu “Pasxa yumurtası” adlandırıb.

Danışıqların amerikalıların həddindən artıq tələbləri səbəbindən gərgin şəraitində keçdiyi qeyd edilir.

Gununsesi.info