ATU-nun müəllimi vəfat etdi - FOTO

  • By Günel
  • 12 Aprel 2025 08:02

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.

Gununsesi.info xəbər verir ki, universitetin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Maqsud Aslanov dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Maqsud Qəşəm oğlu Aslanov 2009-cu ildən universitetin baş müəllimi vəzifəsində çalışırdı. O, 20-dən çox elmi məqalənin, 8 tədris-metodik tövsiyənin müəllifidir.

Gununsesi.info