Finlandiya prezidenti Ukrayna üzrə sammitdə iştirak edəcək

Finlandiya prezidenti Alexander Stubb Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının aparatının saytında məlumat verilib.

Sammitin məqsədi “Ukraynada ədalətli və davamlı sülhə aparan yol haqqında ümumi anlayışı inkişaf etdirməkdir”, – bəyanatda deyilir.

Tərəflər sülh prosesinin qısa və uzunmüddətli mərhələlərini, habelə onlara kimin cəlb olunmasını müzakirə edəcəklər. Konfrans Ukrayna tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Bundan əvvəl BMT baş katibi Antonio Quterreşin Ukrayna üzrə 15-16 iyunda İsveçrənin Bürgenstok kurortunda keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, İsveçrə hökuməti “sülh sammitinə” 160-dan çox ölkədən nümayəndə heyətin dəvət edib.

Konfrans son aylarda aparılan müzakirələrə əsaslanacaq.

 

 

 

Günay

Gununsesi.info