
18 gündür İsrailin bombardmanları altında olan Qəzza zolağında ölənlərin sayı 387 artaraq 5087, yaralıların sayı isə 15273-ə yüksəlib.
Gununsesi.info bildirir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra İsrailin hücumları nəticəsində mühasirəyə alınan Qəzza zolağında ölən və yaralananların sayı ilə bağlı mətbuata açıqlama verib.
Nazirlik “Telegram” sosial şəbəkəsində yaydığı açıqlamada oktyabrın 7-dən İsrailin hücumları nəticəsində ölənlərin sayının 2055-i uşaq, 1119-u qadın və 217-si qoca olmaqla 5087 nəfərə çatıb, yaralananların sayı isə 15273 nəfərdir.
Gununsesi.info