
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehrana səfər edib.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Lavrovun təyyarəsi Tehranda yerə enib.
O, burada Cənubi Qafqaz üzrə “3+3” formatında keçiriləcək iclasda iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da sözügedən iclasda iştirak etmək üçün bu gün İrana izgüzar səfər edib.