
İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində gecə boyu keçirdiyi reydlər zamanı nəzarətə alınan fələstinlilərin sayı 70-ə yüksəlib.
Gununsesi.info xəbər verir ki, Fələstinli Girovlar Cəmiyyətinin məlumatına görə, İsrail qüvvələri bu gün səhər İordan çayının qərb sahilində saxlama əməliyyatlarını davam etdirib.
Əl-Xəlil, Beytullahim, Tul-Kərm və Eriha şəhərlərində 70-ə yaxın fələstinli saxlanılıb.
Əl-Cələzun qaçqın düşərgəsinə basqın zamanı İsrail hərbçiləri tərəfindən 2 fələstinli ölüb, 4-ü isə yaralanıb.
Gununsesi.info