
İsrail ordusunun oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumları nəticəsində ölən jurnalistlərin sayı 23-ə çatıb.
Gununsesi.info xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) açıqlamasında İsrail-Fələstin münaqişəsinin jurnalistlərə ciddi təsir etdiyini bildirib.
Məlumatda qeyd olunub ki, Qəzza zolağında baş verən münaqişələrlə bağlı öz vəzifələrini yerinə yetirməyə cəhd edən jurnalistlər ciddi təhlükə ilə üzləşirlər.
Oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində 19-u Fələstinli, 3-ü İsrailli və 1-i Livanlı olmaqla 23 jurnalist həlak olub.
Bundan əlavə, 8 media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb.