
ABŞ prezidenti Co Baydenin təyyarəsi Təl-Əvivə eniş edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezidentin təyyarəsi yerli vaxtla saat 10:51-də İsrailin Ben Qurion hava limanına enib”, – məlumatda deyilir.
İsrail hökumətinin mətbuat xidməti xəbər verir ki, Baydeni hava limanında İsrailin baş naziri Benyamin Netanyahu və yəhudi prezidenti İsaak Hersoq qarşılayır.
Mətbuat xidməti görüşün yayımına başlayıb və bu, ABŞ prezidentinin artıq Ben Qurion hava limanına endiyini göstərir.