BMT İsrailin hərbi cinayətlərinin qarşısını almağa çağırdı

BMT məruzəçiləri İsrail ordusuna məsləhət verən hüquqşünasları ordunu müharibə cinayəti təşkil edə biləcək hərəkətlərə qarşı xəbərdar etməyə çağırıblar.

Gununsesi.info-nun məlumatına görə, qeyd olunur ki, “İsrail Qəzza zolağında əhalinin sıx məskunlaşdığı mülki yaşayış məntəqələrinə ölümcül aviazərbələr endirib, evləri, xəstəxanaları, bazarları və Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Yaxın Şərqdəki binalarını dağıdıb və zədələyib”.

“İsrail HƏMAS-a cavab verərkən və Qəzzada əməliyyatlar apararkən, İsrail ordusuna məsləhət verən bütün hüquqşünaslar müharibə cinayəti təşkil edə biləcək hərəkətləri müəyyən etməli və onların qarşısını almaq üçün səy göstərməlidirlər”, – deyə beynəlxalq təşkilatın ekspertləri bildiriblər.

BMT bəyan edib ki, İsrail Qəzzanın blokadasını gücləndirib və Fələstin anklavına ərzaq, su, elektrik və yanacaq tədarükünü dayandırıb.

Bəyanatda həmçinin “Həmas və digər Fələstin silahlı qruplarının mülki vətəndaşlara hücumları və girov götürülməsi” pislənilir.

Gununsesi.inf