Bakı-Sumqayıt yolunda hərəkət dondu: Avtobus zolağı işə yaramadı – FOTO

Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) bu ilin oktyabr ayında avtobus zolağı təşkil edilib.

Gununsesi.info xəbər verir ki, günün səhər və axşam saatlarında bu avtobus zolağında minik və yük avtomobilləri hərəkət edir. Bu da sərnişin avtobuslarının gecikməsinə səbəb olur.

Bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qeyd olunan yol sahəsində gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Agentlik zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacağını açıqlayıb.

Lakin səhər və axşam hərəkətin pik saatlarında bu avtobus zolağında ictimai nəqliyyatın gedişinə maneələr yaradılır.

Həmin vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:

Səid Əhmədli
Gununsesi.info