Fələstinli qaçqınlar Avropada məskunlaşacaq?

Misir hakimiyyəti Qərbin təzyiqlərinə cavab olaraq, Qəzza zolağından bir milyon qaçqını Avropa Birliyinə qovmaqla hədələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV-ri yüksək rütbəli Misir rəsmisinə istinadən məlumat yayıb.

“Bir milyon insanı qəbul etməyimizi istəyirsiniz? Yaxşı, mən onları Avropaya göndərəcəyəm. Madam ki, insan haqlarına bu qədər əhəmiyyət verirsən, onları qəbul etməlisən”, – deyə Misir rəsmisi bildirib.

Rus politoloqu Qriqori Savelyev isə hesab edir ki, Qəzzadan olan qaçqınlar ərəb dünyasından Qərb ölkələrinə təzyiq üçün əla arqumentdir.

“Birləşmiş Ştatlar və Avropa İsrailin Qəzza zolağından insanların çıxarılmasını dəstəkləyir. Əla. Bəs niyə qonşu Misir qaçqınları dəstəkləməlidir? Əvvala, Misir qanlı münaqişəyə səbəb olan HƏMAS-ı dəstəkləmir. İkincisi, Misir elə də zəngin dövlət deyil. Misir və digər ərəb ölkələri fələstinli qaçqınları öz ərazilərində görmək istəmədiklərini rəsmən bəyan etsələr, Qərb dilemma ilə üzləşəcək.

Ya İsraildən fələstinliləri evlərinə buraxmasını, yəni əslində itirməsini xahiş edin, ya da qaçqınları Avropaya qəbul etməyə başlayın. Məsələn, suriyalılar kimi. Yəni miqrantlarla bağlı onsuz da çətin olan vəziyyəti daha da pisləşdirmək.

Üstəlik, ekspertin izah etdiyi kimi, Avropada fələstinlilər və ərəblər tərəfindən həyata keçirilə biləcək yəhudi qırğınlarının ehtimalı dərhal artacaq.

Almaniyada artıq yəhudi evlərində sarı ulduzlar çəkilir. Parisdə yəhudi rayonu polis tərəfindən pulemyotlarla qorunur. Vəziyyət qızışır”, – ekspert izah edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info