
NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya daxil olması ilə bağlı Protokolun imzalanması və Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsini alqışlayıb.
Gununsesi.info bildirir ki, Stoltenberq prezident Ərdoğanın protokolu imzalamasından sonra açıqlama verib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə baxılmaq üçün təqdim etməsini alqışlayıram. Həftə sonu prezident Ərdoğanla görüşümdə dediyim kimi, bu, bütün Alyansı daha güclü və təhlükəsiz edəcək”, – deyə baş katib bildirib.
Stoltenberq çərşənbə axşamı İsveçə səfər edəcək və baş nazir Kristerssonla görüşəcək.
Gununsesi.info