
Böyük Britaniyanın baş naziri Rişi Sunakın İsrail prezidenti İsaak Hersoqla görüşündə Qəzzaya və girovlara humanitar yardımın çatdırılması məsələsi gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, Qəzzada çarəsiz qalan Şotlandiya baş nazirinin ailəsinə yardım etməyən Sunakın israilli girovların ailələri ilə bir araya gəlməsi diqqət çəkib.
Şotlandiyanın baş naziri ailəsinin Qəzzada çarəsiz vəziyyətdə qaldığını açıqlayıb.
Şotlandiyanın baş naziri Həmzə Yusuf həyat yoldaşının Qəzzadakı ailəsinin qida və içməli suyun tükənmək üzrə olduğunu və tezliklə bölgəni tərk edə bilmədikləri təqdirdə, həyatlarını itirə biləcəklərini bildirib.
Baş nazir Həmsə Yusuf qayınanası Elizabeth və qayınatası Maged Əl-Naklanın nəvələri üçün kifayət qədər yemək saxlamaq üçün gündə bir yumurta yeyə və bir qurtum təmiz su içə biləcəyini söyləyib.