Avropa İttifaqının Ukraynaya yardımının doqquzuncu tranşı: 1,5 milyard avro

Ukrayna Avropa İttifaqından 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını alıb.

Gununsesi.info bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram “sosial şəbəkəsində məlumat verib.

“Ukrayna Avropa İttifaqından 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını alıb”, – məlumatda deyilir.

“Biz indi Avropa Komissiyası ilə Ukraynaya 50 milyard avro dəyərində yeni uzunmüddətli yardım proqramı üzərində işləyirik. Gələn il 18 milyard avro alacağımızı gözləyirik”, – deyə baş nazir əlavə edib.

Şmıqal avropalı tərəfdaşlara Ukrayna ilə möhkəm həmrəyliklərinə görə minnətdarlığını bildirib.

Bundan əvvəl baş nazir Şmıqal bildirib ki, müxtəlif proqramlar çərçivəsində beynəlxalq tərəfdaşlar Ukrayna müəssisələrinə 4 milyard avrodan çox vəsait veriblər.

Gununsesi.info