
“Fələstin-İsrail münaqişəsinin gəeginləşməsindən sonra Almaniya Ukraynadakı vəziyyəti daha çox diqqət edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
“Putin Yaxın Şərqdəki vəziyyətdən, şübhəsiz ki, xoşbəxtdir. Buna görə də Almaniya hakimiyyəti Ukraynaya əvvəlkindən daha diqqət edir. İndi Ukraynanın qışa mümkün qədər hazır olmasından əmin olmalıyıq”.
Eyni zamanda o, Misirdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə bağlı çağırılan sülh sammitinin iştirakçılarının görüşün yekunu üzrə ümumi bəyanat qəbul edə bilməmələrinin səbəbini də izah etmişdir.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz İsrailə səfər etmiş və baş nazir Benyamin Netanyahu ilə görüşdə Almaniyanın vəzifəsinin İsrailin təhlükəsizliyini təmin etmək olduğunu bildirmişdi.
Tərcümə
Şəbnəm
Gununsesi.info