
İsrail Deyr əl-Bələhdə fələstinli Əl-Kürd Ailəsinə məxsus evi vurub.
Gununsesi.info xəbər verir ki, Əl-Kürd Ailəsinin 10-dan çox üzvünün öldüyü hücumdan sonra Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilən cənazələr orada kəfənlənib.
Kəfənləndikdən sonra ailə üçün xəstəxana qarşısında cənazə namazı qılınıb.
Yaxınlarını itirən şəxslərin üzündəki ağrı, kədər fotolara əks olunub….









