
Gecədə aralarında uşaq və qadınların da olduğu 110 fələstinli İsrailin Qəzza zolağına hücumları zamanı öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Telegram”da “Əl-Əqsa” kanalı məlumat yayıb.
Qeyd olunur ki, İsrail ordusu gecə boyu Fələstin anklavının müxtəlif ərazilərinə intensiv zərbələr endirib.
Kanal xəstəxanalardakı mənbələrə istinadən xəbər verir ki, Xan Yunus və Rəfah şəhərlərinin atəşə tutulması nəticəsində 57 nəfər ölüb, onlarla insan yaralanıb.
Bundan əlavə, WAFA agentliyi xəbər verir ki, Xan Yunusda gecə zərbələri nəticəsində 23 nəfər ölüb, 45 nəfər yaralanıb, Rəfahda isə ən azı 30 fələstinli həlak olub.
Əl-Əqsa xəstəxanasının yaxınlığında, həmçinin Nusairat qaçqın düşərgəsinin qərbində yerləşən yaşayış məntəqələrində də çoxlu sayda ölü və yaralının olduğu bildirilir.
Bundan əlavə, Cebaliya qaçqın düşərgəsinə bir sıra aviazərbələr zamanı ölən və yaralananlar barədə məlumat daxil olub.
Gununsesi.info