
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbirdə əvvəlcə qalib komandalara kuboklar təqdim edilib. Kayak və kanoe növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığması kuboka sahib olub.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri yarışı 1 qızıl, 7 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.




