
2023-cü ilin oktyabrından bəri – İsrailin Qəzzaya hücumunun başlamasından bu yana 210-dan çox jurnalist və 409 media fəalı öldürülüb.
Gununsesi.info xəbər verir ki,bu barədə Qəzzada yerləşən Hökumət Media Ofisinin məlumatında bildirilir.
Ofis 7 oktyabr 2023-cü ildən Qəzzada 211 jurnalistin, o cümlədən 28 qadın jurnalistin öldürülməsini müstəqil şəkildə təsdiqləyib.
Fələstin hökumətinin Qəzzadakı media ofisinin məlumatına görə, İsrail qüvvələri indiyədək 48 jurnalisti həbs edib və onların bir çoxu həbsdə işgəncələrə məruz qalıb.