ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar hazırlamağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, nəzərdə tutulan sanksiyalar Rusiyanın bank və enerji sektorlarını, o cümlədən “Qazprom” şirkətini əhatə edə bilər. Vaşinqton bu addımla Ukraynadakı münaqişənin danışıqlar yolu ilə tezliklə həllinə nail olmaq üçün Moskva üzərində təzyiqləri artırmaq niyyətindədir.

Mənbə əlavə detallar təqdim etməsə də, Trampın bu sanksiyaları imzalamaq niyyətində olub-olmadığı hələlik məlum deyil.

Xatırladaq ki, daha əvvəl Donald Tramp administrasiyasının Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirdiyi bildirilmişdi. Bu qərarın  Putinin Ukrayna münaqişəsinin həllində güzəştə getmək istəməməsi ilə bağlı olduğu qeyd olunur.

 

Şəbnəm

Gununsesi.info