Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri İrəvandakı hoteldə ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda “News.am” yazıb.

Nəşrin məlumatına görə, avropalı məmur ürək tutması nəticəsində ölüb.

Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib.

Xatırladaq ki, yanvar ayının sonunda Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə keçirilən iclasda Aİ-nin Ermənistandakı mülki missiyasının uzadılması barədə qərar qəbul ediblər. Həmin qərara əsasən, Avropa müşahidəçiləri Ermənistanın sərhəd bölgələrində daha iki il, yəni 2027-ci il fevralın 19-dək qalacaqlar. Bakı dəfələrlə bəyan edib ki, Aİ missiyasının Ermənistan ərazisində, Azərbaycan-Ermənistan sərhədinə yaxın mövcudluğu Cənubi Qafqazda sabitlik üçün ciddi risklər yaradır.

Gununsesi.info