
Türkiyənin Şırnakın Beytüşşebap mahalının çöl ərazisində həyata keçirilən “Bozdoğan-44” əməliyyatında 1-i narıncı, 2-si boz kateqoriyalı 4 terrorçunun zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya bildirib.
Məlumata görə, Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri, ATAK hücum helikopterləri və J-SİHA-nın dəstəyi ilə Jandarma Xüsusi Hərəkat (JÖH), Jandarma Komando Komandaları və təhlükəsizlik işçiləri ilə terrorçular arasında isti təmas qurulub. Qarşıdurmada Separatçı Terror Təşkilatına (BTÖ) üzv olan 4 terrorçu silahları ilə birlikdə zərərsizləşdirilib.
Zərərsizləşdirilmiş terrorçuların kimliyi məlum olub.
Onların 1 mühafizəçi və 2 mülki vətəndaşın şəhid olduğu eyni zamanda 3 mühafizəçi və 4 mülki vətəndaşı yaraladıqları müəəyən edilib.
Bildirilir ki, terrorçular 6 aksiyada iştirak ediblər.
Gununsesi.info