“SOS”MMC Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan konsert tədbirində iştirak edib – VİDEO + FOTOLAR

Peşəkar mühafizə xidməti “Security Operation Services” (“SOS”) MMC-nin bir qrup əməkdaşı “İRS” rəqs qrupunun Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı təşkil etdiyi konsert tədbirində iştirak edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblının yeni proqramı Bütöv Azərbaycanın zəngin mədəniyyətindən, bu irsin əsrlərlə qorunmasından bəhs edir.

Heydər Əliyev sarayında baş tutan tamaşada Doğma Qarabağı yağı düşmənlərin işğalından azad edən, vətənpərvər igidlərimizin cəsurluğundan söz açılıb, ən qədim rəqs nümunələrimiz və musiqilərimiz səhnədə nümayiş etdirilib, bütöv Azərbaycanın bölgə- bölgə rəqsləri səhnədə yeni tərzdə canlandırılıb.