
Qəzza zolağında köçkün fələstinlilərin sığındığı Deyr-Belahda müvəqqəti çadırlarda yaşayan fələstinlilər müharibə ilə mübarizə aparır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dözülməz isti hava, kifayət qədər ərzaq ehtiyatının olmaması və ətraf mühitdə yığılan zibil qalıqları insanlara əziyyət verir.
Fələstinlilərin sığındığı ərazini əhatə edən tonlarla bərk məişət tullantıları fələstinlilərin sağlamlığını təhdid etsə də, bölgədəki ailələr pis qoxuların, milçəklərin və gəmiricilərin yayılması riski ilə üzləşirlər.