
İsrail ordusu Qəzza zolağına qurudan hücumlar zamanı saxladığı 33 fələstinlini azad edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzi hissələrində Deyr əl-Belahın şərqində azad edilən fələstinlilər şəhərdəki Əqsa Şəhidləri Xəstəxanasına çatıb.
Səhiyyə sahəsindəki mənbələr AA müxbirinə xəstəxanaya çatan fələstinlilərin zəiflədiklərini və bədənlərində işgəncə izlərinin olduğunu bildirib.
Gununsesi.info