
“Rusiya mətbuatı Xarkovda məktəb tikintisinin başa çatdığını, Zaporojyedə isə 5 məktəbin tikintisinə başlandığını yazıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.
Zaporojye vilayətinin administratoru İran Fyodorov bildirib ki, cəbhə xəttinə yaxın olduğundan tələbələrin sığınacaqlara qaçmağa cəmi bir dəqiqə vaxtı olub, buna görə də yeraltı məktəb tikmək qərarına gəliblər.
“Seçevoy kollegium” adlanan məktəbin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, əxminən min şagirdin təhsil alacağı məktəbin tikintisinə 2,7 milyon dollar xərclənəcək.
Günay
Gununsesi.info