Prezidentlərin görüşü baş tuta bilər

“Sülh təklifləri nəzərə alınsa Vladimir Putin və Co Bayden arasında görüş baş tuta bilər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Çep mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, dinc danışıqların tərəfdarıdırlar:“Belə bir görüşün keçirilməsi mümkündür. Sual amerikalıların və Baydenin şəxsən hazır olub-olmamasıdır. O, fiziki cəhətdən danışıqlara, qərarlar qəbul etməyə hazır olmalıdır”.

Şübhələrə baxmayaraq, Çepa əlavə edib ki, tərəflər dialoqa hazır olsalar, görüşü istisna etmək olmaz:

“Əgər Birləşmiş Ştatlar bizim tələblərimizi, Putinin Xarici İşlər Nazirliyi ilə görüşdəki bəyanatlarını eşitsə, mövqeyimizə reaksiya görsək, Putinlə Bayden arasında görüş mümkündür”, – deyə siyasətçi yekunlaşdırıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-la təhlükəsizliklə bağlı dialoqa yalnız Ukrayna məsələsinin müzakirəyə daxil ediləcəyi təqdirdə hazırdır.

O əlavə edib ki, Rusiya həmçinin Vaşinqtonun Ukraynadakı münaqişədə iştirakını müzakirə etməyə hazırdır.

 

 

İlhamə

Gununsesi.info