Nazir Fidan: Türkiyəsiz təhlükəsizlik arxitekturası yoxdur

Xarici işlər naziri Hakan Fidan Albaniyanın xarici işlər naziri Həsəni ilə görüşüb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Həsəni ilə birgə mətbuat konfransında danışıb.

Nazir Fidan bildirib ki, İsrailin törətdiyi cinayətlərlə bağlı dosyelər hazırlanıb və Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunacaq.

Fidan həmçinin, “Müharibənin bitməsi üçün intensiv danışıqlar aparırıq. Ukraynada atəşkəsin əldə olunacağına ümid edirik. Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması nəzərdə tutulursa, bunun Türkiyəsiz baş verməsi mümkün deyil” deyib.

Orxan

Gununsesi.info