
Meta, bəzi Instagram istifadəçilərinin Reels lentlərində zorakılıq və qrafik məzmunla qarşılaşmasına səbəb olan səhvi düzəltdiyini açıqladı. Şirkət istifadəçilərdən üzr istəyib və məzmun tövsiyə sistemində lazımi düzəlişlər edəcəyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son günlərdə bir çox Instagram istifadəçisi sosial şəbəkələrdə şikayətlərini dilə gətirərək, öz lentlərində şiddət və seksual təsvirləri ehtiva edən tövsiyə olunan məzmunla rastlaşdıqlarını bildiriblər.
İstifadəçilər platformanın məzmun moderasiya sistemini tənqid edərək, belə məzmunun hətta Meta-nın “Həssas Məzmun Moderasiyası” ən yüksək səviyyəyə təyin edildikdə belə göstərildiyini iddia etdilər.
Meta-nın siyasətlərinə görə, platforma istifadəçiləri narahat edən görüntülərdən qorumaq üçün zorakılıq və qrafik məzmunu silir. Qadağan edilmiş məzmuna parçalanma, görünən daxili orqanlar, yandırılmış cəsədlər və insanlara və ya heyvanlara qarşı sadist ifadələr təsvirləri daxildir.
Orxan