Biləsuvarda yol qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub

  • By ilhame
  • 16 Sentyabr 2024 19:45

Biləsuvar rayonunda yol-nəqliyyat qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub.

 

Gununsesi.info-nun məlumatına görə, vəziyyəti ağır olan 2018-ci il təvəllüdlü K.Yəhyayev Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

 

Qeyd edək ki, sentyabrın 16-da baş verən hadisə zamanı ata avtomobili ilə övladına ağır xəsarət yetirib. Daha sonra azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Gununsesi.info