Sabiq prezident Avropa Şurasının baş katibi seçildi

  • By admin
  • 25 İyun 2024 23:30

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün Alain Berseti (İsveçrə) 2024-cü il sentyabrın 18-dən başlayaraq beş il müddətinə Avropa Şurasının yeni Baş katibini seçib. 

Gununsesi.info xəbər verir ki, seçkilərin ikinci turunda cənab Berset verilən səslərin əksəriyyətini qazanaraq 114 səs toplayıb. Digər namizədlər İndrek Saar (Estoniya) və Didye Reynders (Belçika) müvafiq olaraq 85 və 46 səs toplayıblar.

Alain Berset 2012-2023-cü illərdə İsveçrə Hökumətinin üzvü olub və bu müddət ərzində o, 2018 və 2023-cü illərdə iki dəfə Konfederasiya prezidenti vəzifəsini tutub.

Nazir kimi cənab Berset Federal Daxili İşlər Departamentinə rəhbərlik edib. Hökumətə qoşulmazdan əvvəl o, 2003-2011-ci illərdə İsveçrə Federal Parlamentinin üzvü olub və 2008-9-cu illərdə parlamentin yuxarı palatası olan Dövlətlər Şurasına sədrlik edib.

 

Afət Abbasova

Gununsesi.info