İrəvanda mitinq: keşiş çağırış etdi, İTV-nin binasına yürüyək!

  • By Günel
  • 02 Oktyabr 2024 22:42

Ermənistanın paytaxtı İrəvanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə müxalifətin mitinqi keçirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

O, Ermənistandakı bütün siyasi qüvvələri qorxu və qüruru kənara atmağa, yanlış əllərə alət olmamağa çağırıb.

Keşiş mitinq iştirakçılarını İctimai Televiziyanın binasına getməyə və onlara efir vaxtının verilməsini tələb etməyə çağırıb.

Gununsesi.info