Mövsüm dəyişikliyinə uyğunlaşmağın yolları

Havalar yavaş-yavaş soyuduqca məlum olur ki, yay bitib, payız gəlib. Payıza uyğunlaşmaq və özünü daha yaxşı hiss etmək üçün kiçik düzəlişlər etmək olar.

Mövsüm dəyişikliyinə uyğunlaşmaq üçün edilə biləcəklər aşağıdakılardır.

1. Balqabaq, pazı, ispanaq və gül kələm kimi mövsümi tərəvəzlərdən yeni reseptlər hazırlamaq olar.

2. Motivasiyanızı yüksək saxlamaq üçün iş və sosial həyatınızı tarazlaşdırmaq vacibdir. Bu səbəbdən mövsümi keçid dövründə xoşbəxt olmaq üçün vaxtınızı planlaşdırın və sevdiklərinizlə bol-bol vaxt keçirin.

  3. Mövsümi keçidlərdə özünüzü xəstəliklərdən qorumaq və immun sisteminizi güclü saxlamaq üçün düzgün qidalanmaq çox vacibdir. Bu səbəbdən mövsümi qidalardan istifadə edin və bol su için. Əgər ehtiyacınız olduğunu düşünürsünüzsə, həkiminizlə məsləhətləşin və lazımi əlavələri qəbul edin.

 4. Fikriniz yay aylarında və ya tətildə olsa belə, mümkün qədər tez dəyişikliyi qəbul edin. Diqqətinizi payızın gözəlliklərinə diqqət yetirin.

 5. Otaqlarınızda payıza uyğun əşyalar əlavə edin. Axşam televizora baxarkən dizlərinizi örtə biləcəyiniz yorğan, yeni şamlar və ya yeni yastıq örtüklərindən istifadə edərək evinizin atmosferini dəyişə bilərsiniz.

 

 

Şəbnəm

Gununsesi.info