
Paytaxt Mexikoda Konqresin binasında Meksikanın ilk qadın prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimi keçirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyunun 2-də Meksikada keçirilən seçkinin qalibi Klaudiya Şeynbaum ölkənin ilk qadın prezidenti kimi and içib.
Mərasimdə dövlət başçıları, baş nazirlər, diplomatlar və ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden də daxil olmaqla, əksəriyyəti Latın Amerikası ölkələrindən olan 100-dən çox xarici nümayəndə iştirak edib. Şeynbaum San Lazaro iyunun 2-də keçirilən seçkilərdə 59,76 faiz səs toplayıb.
Mexiko şəhərinin keçmiş meri, 62 yaşlı alim Şeynbaum çıxışında “Dəyişiklik vaxtıdır, qadınların vaxtıdır. Mən ana, nənə, alim və inanclı bir qadınam. Bu gündən etibarən Meksika xalqının istəyi ilə dövlət başçısıyam. Biz qadınlar millətimizin gələcəyinə rəhbərlik etməyə gəlmişik. Mən tək gəlmədim, hamımız gəldik”, – deyə o qeyd edib.
Şeynbaum Latın Amerikasının ikinci ən böyük iqtisadiyyatının beynəlxalq investisiyalar üçün etibarlı bir yer olaraq qalmasını təmin edəcəyinə söz verib. O, sələfi Obrador tərəfindən dəstəklənən hərtərəfli məhkəmə islahatının qəbulundan sonra mərkəzi bankın muxtar olacağını təkrarlayaraq, “ölkəmizdə yerli və xarici səhmdarların təhlükəsiz olacağından əmin olun”,- deyib.
Şeynbaum Meksikanın günlük neft hasilatını 1,8 milyon barel səviyyəsində saxlamağı hədəflədiyini bildirib. Həmçinin təhsil və ictimai səhiyyə xidmətlərinin genişləndirilməsindən 1 milyon yeni mənzil tikintisinə ayrılacağını deyib.
Şeynbaum Meksikada cəzasızlığı azaltmağı və dünyanın qadın cinayeti nisbətlərinin ən yüksək olduğu ölkələrdən birini qorumağı hədəflədiyini vurğulayıb. Şeynbaum, “Bizim məqsədimiz insanların xoşbəxtliyi və firavanlığıdır. Sizə tarix yazmağa söz verirəm”, – ifadələrini qeyd deyib.
Günel Həsənova
Gununsesi.info