DİM: 7 nəfərdə mobil telefon, 3 nəfərdə isə “ağıllı” saat aşkarlandı

  • By Günel
  • 06 İyul 2025 13:38

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Gununsesi.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, 7 nəfərdə mobil telefon, 3 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

Gununsesi.info