Qazaxda şəhid atası yol qəzasında həlak oldu

  • By Günel
  • 06 İyul 2025 13:42

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyəv ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info