
İtaliyanın Salento hava limanında havaya qalxmağa hazırlaşan İrlandiya hava yolu şirkəti Ryanair-ə məxsus Boeing 737-800 tipli təyyarədən tüstü çıxması panikaya səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 08.35 radələrində hərəkət edən təyyarənin sol mühərrikindən tüstü qalxıb.
Ryanair şirkətindən verilən açıqlamada, 184 sərnişinin evakuasiya sürüşməsi vasitəsilə güvənli şəkildə təyyarədən çıxarıldığı bildirilib.
Turinə planlaşdırılan reysin təxirə salındığı və sərnişinlərin avtobusla terminala aparıldığı bildirilib.
Hadisə zamanı xəsarət alan olmasa da, təxminən 3 saat ərzində hava limanında uçuş həyata keçirilməyib.
Günel Həsənova
Gununsesi.info