
Rusiyanın mayın 9-da Moskvada keçiriləcək paradına dəvət olunan ölkələr arasında Fələstin lideri Mahmud Abbasla birlikdə İsrail də var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Moskva rəsmiləri, Ukrayna, Almaniya, Fransa və digərləri də daxil olmaqla “dost olmayan dövlətlərin” liderlərini dəvət etməyəcəyini bildirib.
Rusiyanın siyasi təqvimində mühüm yer tutan tədbir mayın 9-da Qızıl Meydanda keçiriləcək.
İsrailin Ynet xəbər saytı xəbər verir ki , baş nazir Benyamin Netanyahunun iştirakı gözlənilməsə də, İsrail-Moskva ilə əlaqələri davam etdirmək səyləri çərçivəsində görüşə dəvət olunub.
Əvəzində İsraili Rusiya səfiri Simona Halperin təmsil edəcək.
Orxan