
Fransa tarixinin ən böyük zorlama və uşaq istismarı hadisələrindən biri ilə yenidən sarsıldı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən böyük uşaq istismarı hadisəsində keçmiş cərrah yüzlərlə gənc xəstəni, bir çoxu anesteziya altında olarkən zorlamaqda ittiham olunur.
İngiltərənin “The Guardian” qəzetinə görə, fransız cərrah Joël Le Scouarnec məhkəməyə verdiyi açıqlamada həkim statusundan istifadə edərək uşaqlara hücum etdiyini, lakin yenə də özünün yaxşı bir həkim olduğuna inandığını bildirib.
“Mən statusumdan istifadə edərək uşaqlara hücum edən cərrah olmuşam, bunu inkar etmirəm. Bacardığım qədər peşəkar fəaliyyətimi davam etdirmişəm, eyni zamanda gənc xəstələrə cinsi təcavüz etmişəm”, – cərrah məhkəmədə deyib.
Pedofil olduğunu açıq şəkildə etiraf edən həkim, bu vəziyyətin peşəsinə heç bir təsirinin olmadığını iddia edərək, “Xəstələrə tətbiq etdiyim müalicə eyni dövrdə törətdiyim cinayətləri aradan qaldırmır, mənim peşə fəaliyyətimə heç bir təsiri yoxdur” deyib.
Le Scouarnec iddia etdi ki, həkim yoldaşları ona “parlaq deyil, amma orta səviyyəli də olmayan” bir cərrah kimi baxır. Azğın həkim gənc yaşlarından cərrah olmaq istədiyini və bunun uşaqlıq arzusu olduğunu da bildirib.
O, məhkəmədəki ifadəsində onu da bildirdi ki, xəstəxanalardakı kabinetində həmişə kilidli kabinet və bağlı masa var. Baş hakim onun orada saxladığı qeyd dəftərlərini və təhqiramiz təsvirləri olan CD diskləri saxlayıb-saxlamadığını və ofisdən “fəaliyyəti üçün ziyarətgah” kimi istifadə edib-etmədiyini soruşdu. Azğın cərrah da bu ittihamları tam etiraf edib.
Daha çox appendisitli uşaqları əməliyyat edən həzm cərrahı 1989-2014-cü illərdə Fransada xəstəxanalarda 299 xəstəyə qarşı zorakılıq etməkdə günahlandırılır . Bu xəstələrin əksəriyyəti 15 yaşdan kiçik, orta yaş 11 olan uşaqlar idi.
İddia olunur ki, bəzilərini narkoz altında, əməliyyatdan sonra sağalma otağında və ya xəstəxana çarpayılarında olarkən hədəfə alıb.
İşlə bağlı sübutlar arasında Le Scouarnec-in xəstələrin baş hərflərini və onlara qarşı törətdiyi cinayətləri sadaladığı əlyazma dəftərləri var.
Orxan