
Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi təlim zamanı itkin düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, döyüş təyyarəsinin qalıqlarının tapıldığı və göyərtəsində olan iki pilotun həyatını itirdiyi bildirilib.
Təlim zamanı itən Filippin Hərbi Hava Qüvvələrinə aid FA-50 tipli döyüş təyyarəsinin qalıqlarının tapıldığı və göyərtəsində olan iki pilotun həyatını itirdiyi açıqlanıb.
Xilasetmə qruplarının cənubdakı dağlıq bölgədə qırıcı təyyarənin qalıqlarını və iki pilotunun cəsədini tapdığı bildirilir.
Hərbi rəsmilər bildiriblər ki, FA-50 qırıcı təyyarəsi Bukidnon əyalətinin cənubundakı hədəf bölgəsinə çatmazdan əvvəl hava qüvvələrinin başqa bir təyyarəsi ilə əlaqəni kəsib. Digər təyyarənin isə Sebu əyalətinin mərkəzindəki hava bazasına sağ-salamat geri döndüyü bildirilir.
Orxan