
Suriya prezidenti Əhməd Şara Qəzzada baş verənlərin bütün bölgə üçün həyəcan siqnalı olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, deyib:
“Fələstinlilərin didərgin salınması Fələstin xalqını öz torpaqlarından qoparmağa yönəlmiş daha böyük layihənin əsasını təşkil edir”
Suriya prezidenti Əhməd Şəra Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının Fələstin üzrə fövqəladə Zirvə toplantısında çıxış edib.
Suriya prezidenti Şəra bildirib ki, ölkəsinin Ərəb Liqasına qayıtması Suriyanın bölgədə təhlükəsizlik və sabitliyin artırılması üçün çalışacağının göstəricisidir.
“Bu gün biz Fələstin xalqının qanını tökmək bahasına regionun xəritəsini yenidən cızmaq istəyən həllərin tətbiqi üçün yeni cəhdlərin şahidi oluruq”, – deyə Şəra bildirib.
“Fələstin xalqının köçürülməsinə çağırışlar ərəb milləti üçün təhlükədir”- Şəra, fələstinliləri köç etməyə məcbur etmək planlarını rədd etdiyini bildirib.
Orxan