
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Livan Hizbullah hərəkatının 30 buraxılış məntəqəsinə və infrastrukturuna hücum etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusu öz Telegram kanalında məlumat yayıb.
“İD kəşfiyyatının göstərişi ilə İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın 30-a yaxın buraxılış məntəqəsi və terrorçu infrastruktur obyektlərinə hücum edib, bu obyektlərdə İsrail ərazisinə mərmi atmağa hazır olan 150-yə yaxın buraxılış qurğusu var”.
Bundan əlavə, İDF Livanın cənubundakı bir neçə bölgədə silah anbarlarına zərbələr endirib.
Bundan əvvəl İsrail aviasiyası Livanın cənubundakı yaşayış məntəqələrinə bir sıra zərbələr endirib.